Qazaxıstanda koronavirusdan sağalanların sayı 900 mini keçib

Qazaxıstanda ötən sutka ərzində koronavirusa (COVİD-19) 1 349 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 948 599, ölənlərin sayı isə 12 250 nəfərə çatıb.

Bildirilir ki, ötən gün koronavirusdan 1 735 nəfər, hazırkı dövrədək isə 900 763 nəfər sağalıb.