Qazaxıstanda koronavirusa yoluxanların sayı 350 min nəfəri ötüb

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 2 283 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 350 591 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 304 673 nəfəri sağalıb, 3 964 nəfəri isə vəfat edib.