Qazaxıstanda koronavirusa yoluxanların sayı 200 min nəfərə çatır

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 1 007 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 199 093 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 180 807 nəfəri sağalıb, 2 540 nəfəri isə vəfat edib.