Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 7 427 yoluxma halı qeydə alınıb.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 687 259, ölənlərin sayı isə 7 554 nəfərə çatıb.
Bildirilir ki, ötən gün koronavirusdan 6 240 nəfər, hazırkı dövrədək isə 566 613 nəfər sağalıb.