Qazaxıstanda koronavirusa daha 6 869 nəfər yoluxub

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 6 869 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 701 345, ölənlərin sayı isə 7 751 nəfərə çatıb.

Bildirilir ki, ötən gün koronavirusdan 5 848 nəfər, hazırkı dövrədək isə 577 882 nəfər sağalıb.

Teqlər: