Qazaxıstanda koronavirusa daha 5 648 nəfər yoluxub

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 5 648 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 477 764, ölənlərin sayı isə 4 864 nəfərə çatıb.

Bildirilir ki, ötən gün koronavirusdan 3 012 nəfər, hazırkı dövrədək isə 423 996 nəfər sağalıb.

Teqlər: