Qazaxıstanda koronavirusa daha 3 639 nəfər yoluxub

Qazaxıstanda ötən sutka ərzində koronavirusa (COVİD-19) 3 639 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 824 118 nəfərə, virusun törətdiyi fəsadlardan ölənlərin sayı isə 9 987 nəfərə çatıb.

Bildirilir ki, ötən gün koronavirusdan 6 894 nəfər, hazırkı dövrədək isə 734 883 nəfər sağalıb.