Qazaxıstanda koronavirusa daha 2 324 nəfər yoluxub

Qazaxıstanda ötən sutka ərzində koronavirusa (COVİD-19) 2 324 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 874 920 nəfərə çatıb.

Bildirilir ki, ötən gün koronavirusdan 2 954 nəfər, hazırkı dövrədək isə 808 300 nəfər sağalıb.