Qazaxıstanda koronavirusa daha 1 125 nəfər yoluxub

Qazaxıstanda ötən sutka ərzində koronavirusa (COVİD-19) 1 125 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 961 734 nəfərə, ölənlərin sayı isə 12 517 nəfərə çatıb.

Bildirilir ki, ötən gün koronavirusdan 1 554 nəfər, hazırkı dövrədək isə 922 753 nəfər sağalıb.