Qazaxıstanda iğtişaşlar nəticəsində mindən çox şəxs xəsarət alıb

Qazaxıstanda baş vermiş iğtişaşlar nəticəsində mindən çox şəxs xəsarət alıb, onlardan 400 nəfəri xəstəxanaya yerləşdirilib.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Qeyd olunur ki, 62 nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.


Eyni zamanda, yerli polis gecə saatlarında dövlət obyektlərinə hücum etmiş onlarla şəxsin zərərsizləşdirildiyini bildirib.