Qazaxıstanda etirazlar başladı – Video

Qazaxıstanda etirazlar başladı – Video

Qazaxıstanda Prezident Qasım-Jomart Tokayevin yenidən seçilməsi ilə bağlı etiraz aksiyaları başlayıb.

AzerTimes xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.

Kanallar Astanada insanların 30 dərəcə şaxtaya baxmayaraq mitinqə toplaşmağa başladığını və polis tərəfindən saxlanıldığını iddia edib.

Xüsusilə, “Vlast” nəşri yazıb ki, keçmiş “Meqa” ticarət mərkəzinin ərazisində bir qrup insanın mərkəzə doğru yürüş etməyə çalışıb.

Qeyd edilib ki, aksiya o qədər də kütləvi olmayıb, onu yerli siyasi və iqtisadi hərəkatın üzvləri təşkil ediblər.

Son məlumatlara görə, baş tutmayan mitinqin ərazisində artıq heç kim qalmayıb.

Teqlər: