Qazaxıstan kiril qrafikasından imtina edir
Bir neçə gün öncə Azərbaycanda səfərdə olan Qazaxıstan prezidenti ölkənin əlifbasını dəyişir. Əlifba latın qrafikasında olacaq. O, deyib ki, 2018-ci ildən Qazaxıstan məktəblərində yeni əlifbanın tədrisi ilə bağlı mütəxəssislər hazırlamaq lazımdır və orta məktəblər üçün dərs kitabları çap olunmalıdır.
O, “Egemen Qazaxıstan” qəzetindəki məqaləsində yenilik barədə məlumat verib. Prezident qeyd edib ki, alimlər və ictimaiyyətin təmsilçiləri ilə məsləhətləşmələrdən sonra 2017-ci ilin sonunadək latın qrafikalı yeni qazax dili əlifbasının vahid standartı hazırlanmalıdır. 2018-ci ildən mütəxəssis hazırlığı, həmçinin orta məktəb üçün dərsliklərin çapı başlayacaq.
İlk dövrlərdə ölkədə latın əlifbası ilə yanaşı kirilcədən də istifadə ediləcək.
Qazaxıstanda 1929-1940-cı illərdə latın əlifbasından istifadə edilib. 1940-cı ildə kiril əlifbasına keçilməsinə dair qərar qəbul edilib.