İbrahim Erkal ölümcül vuruldu

İbrahim Erkal ölümcül vuruldu

Türkiyəli müğənni İbrahim Erkal yaşadığı binanın dayanacağında huşsuz vəziyyətdə tapılıb.

Türkiyə KİV-i xəbər verir ki, binanın mühafizəçisi sənətçini yerdə görərək polis və səhiyyə əməkdaşlarına xəbər verib.

Müğənni təcili olaraq xəstəxanaya aparılıb. Lakin, Erkal başqa bir özəl xəstəxanaya sövq edilib, vəziyyətinin ağır olduğu qeyd edilib.

Bundan əlavə, sənətçinin sağ qulağının arxasından böyük bir zərbə aldığı məlum olub.

ibrahim-erkal