Qazaxıstanda 3700-dən çox şəxs saxlanılıb

Qazaxıstanda hüquq-mühafizə orqanları tərəfindən iğtişaşlarla əlaqədar ümumilikdə 3 706 nəfər saxlanılıb.

Trend-in məlumatına görə, bu barədə Terrorçuluqla mübarizə üzrə operativ qərargah bildirib.

Saxlananların sayının artacağı istisna olunmur.


Qeyd edək ki, Qazaxıstanın Almatı şəhərində və bir sıra digər bölgələrdə antiterror əməliyyatları davam edir.

(Tərcümə: Orxan Nəbiyev)