Qazaxıstanın Rəqabətin Qorunması və İnkişafı Agentliyi (RQİA) mayeləşdirilmiş neft qazının pərakəndə satışı ilə məşğul olan 180 şəxslə bağlı araşdırma başladıb.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Agentliyin mətbuat xidmətindən bildiriblər.
“Yanvarın 7-i üçün RQİA mayeləşdirilmiş neft qazının pərakəndə satışı ilə məşğul olan sahibkarlara qarşı araşdırma başladıb: Manqistau vilayətində – 85, Qaraqandada – 14, Atırauda – 22, Akmolada – 22, Qızılordada – 12, Nur-Sultanda – 4, Çimkənddə – 5, Kostanay vilayətində – 4, Şimali Qazaxıstanda – 4, Türküstanda – 5, Jambıldda- 2 və Almatı vilayətlərində – 1”, – deyə məlumatda bildirilir.