Qazaxıstan və Özbəkistan Əfqanıstanla sərhəddə birgə hərbi təlimlər keçirəcək

Xəbər - Orxan Nəbiyev – Trend:

Qazaxıstan və Özbəkistan Əfqanıstanla sərhəddə birgə hərbi təlimlər keçirəcək.

Trend-in məlumatına görə, təlimlər noyabrın 17-dən 24-dək Özbəkistanın Surxandərya vilayətində baş tutacaq.

Təlimlərdə yüzdən çox hərbçi, Su-30SM qırıcıları, S-295 hərbi-nəqliyyat təyyarələri, eləcə də taktiki pilotsuz uçuş aparatları iştirak edəcək.

Qeyd olunur ki, təlimlər zamanı axtarış-kəşfiyyat əməliyyatlarının keçirilməsi, qanunsuz silahlı birləşmələrin məhv edilməsi, yaralı hərbçilərin və sıradan çıxmış texnikanın döyüş meydanından təxliyəsi kimi əməliyyatlar həyata keçiriləcək.