Qazaxıstan və Azərbaycan dəmir yolları Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində fəal əməkdaşlıq edir

Qazaxıstan və Azərbaycanın dəmir yolu administrasiyaları
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) çərçivəsində
əməkdaşlıq edir.

Bu barədə AzerTimes-a Qazaxıstan
Dəmir Yolları SC-nin baş mühəndisi, texniki siyasət departamentinin
direktoru Batır Kotırev deyib.

O qeyd edib ki, marşrut Azərbaycan, Qazaxıstan və Gürcüstanın
dəmir yolu, liman administrasiyaları və gəmiçilik şirkətlərinin
iştirakı ilə yaradılıb.

B.Kotırev xatırladıb ki, 2014-cü il fevralın 20-dən TBNM-in
inkişafı üzrə Koordinasiya Komitəsi fəaliyyət göstərir. Onun əsas
vəzifəsi Transxəzər marşrutunun tranzit-nəqliyyat potensialının
reallaşdırılması üçün əlverişli şərait yaratmaqdır.

2016-cı il aprelin 12-də Bakıda vahid nəqliyyat operatoru olan
Beynəlxalq Transxəzər Nəqliyyat Konsorsiumunun yaradılması haqqında
saziş imzalanıb. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun
İnkişafı üzrə Koordinasiya Komitəsi 2016-cı ilin dekabrında
səmərəliliyin artırılması və iştirakçı ölkələr arasında birgə işi
koordinasiya etmək məqsədilə mərkəzi ofisi Qazaxıstanın paytaxtında
yerləşən “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq
Assosiasiyasının yaradılması barədə qərar qəbul edib.

Teqlər: