Bərdədə keçmiş məhkum 4 kiloqram narkotiklə yaxalandı

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş
tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində
şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzerTimes-a
verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi
əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin
qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər
məhkum edilmiş Vaqif Əliyev saxlanılıb. Onun üzərinə və yaşadığı
ünvana baxış keçirilən zaman 4 kiloqramdan artıq marixuana və 29
qramdan artıq heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb və V.Əliyevin
barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Teqlər: