Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Milli Təhlükəsizlik Komitəsi (MTK) sədrinin iki müavinini dəyişib.
AzerTimes-ın məlumatına görə, dövlət başçısının sərəncamlarının mətnləri öz saytında dərc olunub.
Sənədə əsasən, Kosjanov Bakıtbek Jamalbekoviç və Amerxanov Askar Baymerdenoviç Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsinin sədr müavini vəzifəsinə təyin olunublar.
Eləcə qeyd olunub ki, MTK sədrinin müavinləri Marat Osipov və Daulet Yerqojin vəzifələrindən azad ediliblər.