“Aeroflot” Moskva ilə Nur-Sultan arasında uçuşları bərpa edəcək

“Aeroflot” Hava Yolları yanvarın 10-dan Moskva ilə Nur-Sultan arasında uçuşları bərpa edəcək.

AzerTimes-ın məlumatına görə, bu barədə Rusiya aviadaşıyıcı xəbər verib.

“Aeroflot” bundan əvvəl yanvarın 9-na planlaşdırılan Moskva – Nur-Sultan – Moskva reyslərini yerinə yetirəcək. Növbəti uçuşlar hər gün həyata keçiriləcək.


Bundan əlavə, “Aeroflot” yanvarın 10-dan Qazaxıstana aviabilet satışını bərpa edəcək.

Teqlər: