Qazaxıstan MN-dən iddialara cavab: Tatarıstana hücumlar…

Qazaxıstan MN-dən iddialara cavab: Tatarıstana hücumlar…

Tatarıstana hücum edən PUA-ların Qazaxıstan ərazisindən buraxılması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.

AzerTimes xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin məlumatında deyilir.

“Bəzi Teleqram kanallarında Tatarıstan Respublikasının obyektlərinə hücum etdiyi iddia edilən pilotsuz təyyarələrin Qazaxıstan ərazisindən buraxılması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Belə eyhamlar Qazaxıstan Respublikasını gözdən salmaq məqsədi daşıyır”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü, general-leytenant Andrey Qurulev PUA-ların Qazaxıstan ərazisindən buraxıla biləcəyini açıqlamışdı.

Teqlər: