Qazaxıstan Kiyevdəki diplomatlarını təxliyə edir

Qazaxıstan Kiyevdəki diplomatlarını təxliyə edir

Qazaxıstan Xarici İşlər Nazirliyi Kiyevdəki səfirliyinin əməkdaşlarının təxliyəsi imkanlarını nəzərdən keçirir.

AzerTimes xəbər verir ki, bu barədə jurnalistlərə respublika Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib.

“İndi söhbət səfirliyin bağlanmasından yox, səfirlik əməkdaşlarının təxliyəsindən gedir. Bu məsələ yaxın günlərdə həll olunacaq. Təxliyə çox güman ki, baş tutacaq”, – Smadiyarov deyib.

O, diplomatik heyətin hansı şəhərə təxliyə edilməsinin nəzərdə tutulduğunu dəqiqləşdirməyib.

Xatirladaq ki, ötən gün Qazaxıstanın Kiyevdəki səfirliyi həmvətənlərinə müraciət edərək, Ukrayna ərazisinə səfərdən çəkinməyə və bu ölkəni tərk etməyə çağırıb.

Teqlər: