Qazaxıstan KİV və ictimaiyyət nümayəndələri Ağdama səfər ediblər (FOTO)

Qazaxıstan KİV və ictimaiyyət nümayəndələri Ağdama səfər
ediblər.

AzerTimes-ın məlumatına görə, bunu özünün “Twitter” səhifəsində
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş
ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov yazıb.

“Qazaxıstan KİV və ictimaiyyət nümayəndələri işğaldan azad
olunmuş Ağdam rayonuna səfər edib. Səfər zamanı qonaqlar dağıdılmış
dini abidələr, İmarət, Cümə məscidi, kəndlər, həmçinin, şəhərin
yeni inkişaf planı ilə tanış olublar”, – deyə E.Hüseynov
bildirib.

Teqlər: