Qazaxıstan diplomatlarını Ukraynadan çıxardı

Qazaxıstan diplomatlarını Ukraynadan çıxardı

Qazaxıstan Kiyevdəki səfirliyinin əməkdaşlarının əksəriyyətini Varşavaya köçürüb.

AzerTimes xəbər verir ki, bu barədə Qazaxıstan xarici işlər naziri Muxtar Tleuberdi məlumat verib.

“İndi işçilərin yerdəyişməsi məsələsi var, yəni diplomatların əksəriyyəti indi Varşavaya köçürülüb. Səfirlik Varşavadan fəaliyyət göstərir, konsul isə Kiyevdə qalır, o, vətəndaşlarımızı gündəlik qəbul edir. Orada onların çoxlu sualları var. Təxliyə üçün kömək istəyirlər”, – Tleuberdi vurğulayıb.

O, həmçinin əlavə edib ki, səfirliyin tam təxliyəsi və müvəqqəti bağlanması müzakirə olunmur.

Teqlər: