Qazaxıstan Bakıda neft nəql edə bilmir?

Qazaxıstan Bakıda neft nəql edə bilmir?

Qazaxıstan Rusiyadan yan keçməklə neft tədarükü üçün sərfəli alternativ yollar tapa bilməyib.

AzerTimes xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti məlumat yayıb.

“Xəzər Boru Kəməri Konsorsiumuna alternativ axtarışı uzun illər və milyardlarla dollarlıq investisiyalar tələb edəcək. Bu, çox uzun və bahalıdır. İran və Çin kimi ölkələr Qazaxıstan ixracatçıları üçün alternativ ola bilər, lakin burada bəzi nüanslar var. Pekin Rusiyadan aktiv şəkildə neft alır, çünki Moskva yaxşı endirimlər edir. Tehranla isə ticarət yalnız o halda qurula bilər ki, nüvə sazişində irəliləyiş əldə edilsin. Digər variant isə neftin Azərbaycan üzərindən nəqli olardı, lakin bu, baha başa gəlir”, – məlumatda qeyd olunub.

Teqlər: