Qazaxıstan ABŞ-la bağlı məlumatları təkzib etdi

Qazaxıstan ABŞ-la bağlı məlumatları təkzib etdi

Qazaxıstan Səhiyyə Nazirliyi ölkədə ABŞ-ın bioloji laboratoriyalarının yerləşdirilməsi ilə bağlı məlumatı təkzib edib.

AzerTimes xəbər verir ki, bu barədə “Kazinform” məlumat yayıb.

“Bu saxtadır, başqa dövlətlərin biolaboratoriyalarının Qazaxıstan Respublikası ərazisində yerləşdirilməsi planlaşdırılmayıb”, – məlumatda deyilir.

Qeyd edək ki, sosial şəbəkələrdə və bəzi saytlarda Qazaxıstanın əvvəllər Ukraynada işləyən 30 Amerika bioloji laboratoriyasına ev sahibliyi etdiyi barədə məlumatlar yayılıb.

Teqlər: