Qazaxda iki uşağı ildırım vurdu, biri öldü

Qazaxda iki uşağı ildırım vurdu, biri öldü

Qazax rayonunda iki uşağı ildırım vurub, biri ölüb.

Bu barədə AzerTimes-a Qazax Müalicə Diaqnostika Mərkəzindən bildirilib.

Qeyd olunub ki, bu gün ildırım vurması nəticəsində tibb müəssisəsinə iki nəfər yerləşdirilib:

“2011-ci il təvəllüdlü olan zərərçəkən xəstəxanaya gətirilərkən ölü vəziyyətində olub. Digər zərərçəkən 2012-ci il təvəllüdlü pasiyentin Reanimasiya şöbəsində müalicəsinə davam edilir. Hazırda vəziyyəti orta ağırdır”.

Teqlər: