Qazaxda ər arvadını baltaladı

Qazaxda ər arvadını baltaladı

Qazax rayonunda qadın həyat yoldaşı tərəfindən baltalanıb.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qarapapaq kəndində qeydə alınıb.

1981-ci il təvəllüdlü Eldəniz Xasməmmədov qısqanclıq zəminində həyat yoldaşı 1982-ci il təvəllüdlü İlhamə Xasməmmədovaya başından və qollarından baltayla ağır xəsarətlər yetirib. Xəstəxanaya çatdırılan qadının vəziyyətinin ağır olduğu bildirilir.

Eldəniz Xasməmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, onlar boşanmaq üçün məhkəməyə müraciət ediblər. Cütlüyün 2 övladı var.

Teqlər: