Qazaxda Coğaz çayı daşdı, küçəni sel suları basdı

Qazaxda Coğaz çayı daşdı, küçəni sel suları basdı

Qazaxda Coğaz çayı daşıb, küçəni sel suları basıb.

Bu barədə AzerTimes-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, iyunun 24-ü saat 18:00-a olan məlumata əsasən, Göygöl, Qusarda arabir yağış yağıb.

Son günlərdə Qazax rayonu ərazisinə yağan güclü yağış nəticəsində Coğaz çayında suyun səviyyəsi normadan artıq qalxdığına görə Qazax şəhər N.Nərimanov küçəsinin bir hissəsini sel suları basıb, görülmüş tədbirlər nəticəsində suyun qarşısı alınıb.

Teqlər: