BDU-da “Məzun günü” keçirilir

BDU-da “Məzun günü” keçirilir

İyunun 23-də Bakı Dövlət Universiteti (BDU) “Məzun günü” keçirib.

AzerTimes xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə BDU-nun rektoru Elçin Babayev məzunları təbrik edib.

Digər çıxış edənlər də məzunları təbrik edərək, onlara xoş arzularını bildiriblər. Sonra BDU haqqında videoçarx nümayiş etdirilib. Təhsildə yüksək nəticələr əldə edərək fərqlənən tələbələrə sertifikatlar təqdim edilib.

Tədbir konsert proqramı ilə davam edib.

Teqlər: