Qaza 100 manat vurursan, sistem 50-sini mənimsəyir – Deputat

Qaza 100 manat vurursan, sistem 50-sini mənimsəyir – Deputat

Qanun elə qəbul olsunsun ki, buna sonradan hansısa bir yamaq vurulmasın.

AzerTimes xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.

“Ona görə də, qanun layihəsi ilə bağlı hərtərəfli araşdırılma daha yaxşı olar. Biz burada yerli müəsissələrin taleyini düşünməliyik. Qaz-işıq məsələsi bu gün insanlar üçün olduqca həssas bir məsələdir. Bu gün qaza 100 manat pul vurursan, sistem onun 50 manatını mənimsəyir. Axı sən necə mənim vəsaitimin yarısını mənimsəyə bilərsən? Ona görə də, limitlə bağlı da burada olan məsələlərə aydınlıq gətirilməlidir”, – o əlavə edib.

Teqlər: