Qaz sayğaclarında sıfırlamanın gecikməsi abonentlərin büdcəsinə təsir edə bilərmi?

Xəbər - Çingiz Səfərli – Trend:

Respublika üzrə 1 milyon 500 min abonent mexaniki qaz sayğacından istifadə edir.

AzerTimes xəbər verir ki, Bakı regional qazın satışı departamentinin rəisi Zamin Mehrəliyev “Açıq qapı” aksiyasında deyib.

Onun sözlərinə görə, bunun 370 mini Bakı və Abşeronun payına düşür.

“Vətəndaşlardan qaz sayğaclarının göstəriciləri ilə bağlı şəkillərin göndərilməsi xahişi əsasən bağlı yerlərdə olan sayğaclarla əlaqədar idi. Hansı ki, bəzi mənzillərdə sayğaclar daxildədir və əməkdaşlar üçün onlara baxmaq çətin idi. Əsas həmin sayğacların şəkillərinin çəkilib göndərilməsi lazım idi ki, illik dövr tamamlansın, üzərində qalan sərfiyyat bu ilki limitə təsir etməsin. Qaz sərfiyyatından yaranmış debitor borcun yığılması qaydalara uyğun olaraq bir ay ərzində həyata keçirilir. Yəni, abonentə borcla bağlı bildiriş verilibsə, 15 gün ərzində qaz təchizatı dayandırılmır. Proses 1 ay ötdükdən sonra həyata keçirilə bilər. O cümlədən sayğac göstəricilərinin götürülməsi də 1 aylıq dövrü əhatə edir”.


Qurum rəsmisi bildirib ki, sıfırlamanın aparılması prosesi heç bir abonentin büdcəsinə təsir etməyəcək.

“Bildiyiniz kimi, yeni limit hədləri ilə bağlı abonentlər 3 qrupa bölünür. Limitə uyğun olaraq 1200 kubmetrə qədər, 1200 kubmetrdən 2500 kubmetrədək və 2500 kubmetrdən artıq istifadə edənlər. Abonentlərin 30-35 faizi limiti keçmir. Bu da o deməkdir ki, sayğacın hər hansısa bir zamanda oxunması abonentin cibinə təsir etmir. Eyni zamanda abonentlərin 40 faizi 1200 kubmetrdən 2500 kubmetrə qədər qaz istehlak edir. Bu halda da bir illik dövr üçün 2500 kubmetr təkrarlanacaq. Sayğacın göstəricilərinin bir gün gec götürülməsi növbəti ayda özünü yenə göstərməyəcək. Eynilə 2500 kubmetrdən artıq sərfiyyat edənlərdə də belədir”.

Teqlər: