Qaz sayğacının dövri yoxlama müddəti bitən abonentlərə sms bildiriş göndəriləcək

Artıq hansısa ünvanda quraşdırılan qaz sayğacının dövri yoxlama müddəti bitibsə, yəni sayğacın dəyişmə vaxtı çatıbsa, Birlik tərəfindən abonentin mobil telefonuna sms vasitəsilə bildiriş göndəriləcək.

“Azəriqaz” İstehsalat Birliyindən AzerTimes-a verilən məlumata görə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müəyyən olunmuş qaydalara əsasən məişət tipli qaz sayğaclarının dövri yoxlama müddəti 5 il təyin olunub.

Yəni, bu vaxt bitdikdən sonra artıq qeyd olunan sayğacların çıxarılması təmin olunmalıdır.


Teqlər: