Qayday: Ruslar çox böyük itki verdilər, amma…

Qayday: Ruslar çox böyük itki verdilər, amma…

Luqansk vilayətinin demək olar ki, bütün ərazisi ələ keçirilib, lakin iki yaşayış məntəqəsində döyüşlər hələ də davam edir.

AzerTimes xəbər verir ki, bu barədə Luqansk hərbi administrasiyasının rəhbəri Sergey Qayday deyib.

“Luqansk vilayətinin demək olar ki, bütün ərazisi ələ keçirilib, lakin iki yaşayış məntəqəsində döyüşlər hələ də davam edir. Buna görə də onlar hələ Luqansk vilayətinin inzibati sərhədlərinə çatmayıblar. Amma yenə də dayanmadan atəş açaraq ərazini tam ələ keçirməyə çalışırlar. Ruslar böyük itkilər verdilər və nə qədər insan itirdiklərini belə saymırlar”, – o bildirib.

Qayday bildirib ki, rayon sakinləri hələlik heç bir müqavimətə hazır deyillər:

“Çünki müharibə uzun illərdir davam edir və bütün bu müddət ərzində onlar Rusiya təbliğatı ilə qidalanıblar. Bəziləri özünə gəlməyə başlayıb. Orada baş verən mərmilərdən, partlayışlardan qorxur. Bəziləri isə yem kimi müharibəyə getmək istəmir”.

Teqlər: