Qayanada neft tankerində partlayış olub, ölənlər var

Qayanada Demerara çayı ərazisində neft tankerində partlayış olub.

AzerTimes-ın “Efe” agentliyinə istinadən verdiyi məlumata görə, gəmi təmirdə olub və partlayış çənlərdən yanacağın boşaldılması zamanı baş verib.

Bildirilir ki, partlayış nəticəsində azı 3 nəfər həlak olub.


İlkin məlumata əsasən, hadisəyə səbəb təhlükəsizlik texnikasına riayət edilməməsi olub. Partlayış nəticəsində xəsarət alanlar barədə məlumat verilmir.