Qayanada 6,1 bal gücündə zəlzələ baş verib

Qayanada 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, bu barədə Avropa-Aralıq Seysmoloji Mərkəzi bildirib.

Məlumata əsasən, yeraltı təkanların episentri ölkənin paytaxtı Corctaundan 465 km cənubda olub. Zəlzələnin ocağı 8 kilometr dərinlikdə yerləşib.

Dağıntı və xəsarət alanlar barədə məlumat verilməyib.