Qaxda qaydaları pozan 16 sürücü cərimələnib (FOTO)

Qaxda yol polisi əməkdaşlarının keçirdikləri reyd zamanı
dayanma-durma qaydalarını pozan sürücülər müəyyən olunaraq
barələrində inzibati tənbeh tədbirləri görülüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a
verilən məlumata görə, Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının
təşkil etdiyi reyd zamanı hərəkətin intensiv olduğu küçə və
prospektlərdə, piyada səkilərində, eləcə də müəyyən edilməyən digər
yerlərdə nəqliyyat vasitələrini park edən sürücülər aşkarlanıb.

Qaydalar onlara izah olunub və ümumilikdə 16 sürücü barəsində
cərimə protokolu tərtib edilib.

Teqlər: