Qaxda meşə yanğınları məhdudlaşdırılıb – FHN (FOTO/VİDEO)

Xəbər - Samir Əli – Trend:

Qax rayonunun Qum kəndi yaxınlığında dağ-meşə ərazidə baş vermiş
yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi
(FHN) Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən müvafiq
tədbirlərin görülməsi davam etdirilir.

FHN-dən AzerTimes-a
verilən məlumata görə, mürəkkəb relyefli dağlıq ərazi və küləkli
hava şəraiti səbəbindən yanğının söndürülməsi prosesinin
mürəkkəbləşməsinə baxmayaraq, yanğınsöndürənlərin səyi ilə yanğının
məhdudlaşdırılması mümkün olub. Hazırda yanğının tam söndürülməsi
istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir.

Qeyd edək ki, əsasən əl əməyi ilə həyata keçirilən yanğınla
mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin
qüvvələri ilə yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə
Təsərrüfatı Mərkəzinin əməkdaşları və bir qrup yerli sakin də
iştirak edir.

Teqlər: