Qaxda evinin həyətində narkotik becərən şəxs saxlanılıb (FOTO)

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a verilən məlumata görə, keçirilən əməliyyyat zamanı narkotik tərkibli bitkilər əkib-becərməkdə şübhəli bilinən rayonun Qum kənd sakini Ramiz Süleymanov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman aqrotexniki qulluq göstərilmiş, ümumi çəkisi 2 kiloqrama yaxın olan çətənə kolları aşkar edilərək götürülüb. Götürülən maddi sübutlat müvafiq ekspertizaya təqdim olunub.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Teqlər: