Qaxda evdə yanğın olub

Qax rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, rayonun Əmbərçay
kəndində ümumi sahəsi 168 m² (hər mərtəbəsi 84 m²) olan
ikimərtəbəli evin 2-ci mərtəbəsində 1 otağın tavanı və dam
örtüyünün yanar konstruksiyaları 16 m² sahədə yanıb. Evin qalan
hissəsi və bitişik ev yanğından mühafizə olunub.


Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: