Qaxda dayanma-durma qaydalarını pozan sürücülər cərimələnib (FOTO)

Şəhərin küçə və prospektlərində dayanma-durma qaydalarının
düzgün təmin edilməsi ilə əlaqədar Qax Rayon Polis Şöbəsinin Dövlət
Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən növbəti
nəzarət-profilaktik tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional
qrupundan AzerTimes-a
verilən məlumata görə, keçirilən tədbirlər zamanı müəyyən edilməyən
yerlərdə nəqliyyat vasitələrini saxlayan, həmçinin avtobus
dayanacaqlarını və piyada səkilərini zəbt edən sürücülər
aşkarlanıb. Yol verdikləri qayda pozuntuları onlara izah olunub və
həmin sürücülər barəsində qanunvericiliyə uyğun inzibati tənbeh
tədbirləri görülüb.


Teqlər: