Qaxda avtoxuliqanlıq edən sürücü saxlanıldı

Qaxda avtoxuliqanlıq edən sürücü saxlanıldı

Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən sürücü saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AzerTimes-a verilən məlumata görə, paytaxt sakini Səbuhi Bağırov idarə etdiyi “BMW” markalı avtomobillə Qax şəhəri ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq ictimai asayişin pozulmasına yönələn hərəkətlərə yol verib.

Keçirilən tədbirlərlə həmin şəxs saxlanılaraq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə barəsində protokol tərtib edilib və toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə S.Bağırov barəsində qanunamüvafiq tədbir görülüb.

Teqlər: