Qaxda atmosferi çirkləndirən avtomobillərin sürücüləri cərimələnib

Atmosferin nəqliyyatdan atılan zərərli qazlarla
çirkləndirilməsinin qarşısının alınması məqsədilə Qax Rayon Polis
Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhər
ərazisində hərəkətin intensiv olduğu yollarda reyd keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a
verilən məlumata görə, keçirilən tədbir zamanı 30-dan artıq
avtomobil saxlanılaraq xüsusi cihazlar vasitəsilə onlardakı zərərli
qazların miqdarı yoxlanılıb. Yoxlama zamanı bəzilərinin atmosferə
normadan artıq tullantı ixrac etdiyi müəyyən olunub.

Həmin avtomobil sahibləri ilə yol polisi əməkdaşları izahedici
söhbətlər aparıb və ixrac qazlarının normalara uyğunlaşdırılmasını
təmin etdikdən sonra nəqliyyat vasitələrindən istifadə etməli
olduqları onların diqqətinə çatdırılıb. Standartlara cavab verməyən
avtomobillərin sürücüləri barəsində inzibati protokol tərtib
olunub.

Teqlər: