Qaxa dolu yağdı, meyvə ağaclarına ziyan dəydi

Qaxa dolu yağdı, meyvə ağaclarına ziyan dəydi

Qax rayonuna dolu yağıb, meyvə ağaclarına ziyan dəyib.

AzerTimes-ın Report-a istinadən məlumatına görə, bu gün axşam saatlarında yağan güclü yagış rayonun Qazmalar, Oncallı, Tanqıt və​ Baydarlı kəndlərində dolu ilə müşahidə olunub.

Məlumata görə, təqribən 7-8 dəqiqə davam edən dolu meyvə ağaclarına​ ziyan vurub.

Teqlər: