Qarlı hava rayonlara avtobus reyslərinə necə təsir edib?

Xəbər - Fərid Zöhrabov – Trend:

Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) Azərbaycanda müşahidə edilən qarlı hava şəraitində bölgələrə sərnişinlərin çatdırılmasını normal qaydada yerinə yetirir.

Bunu AzerTimes-ın sorğusuna cavab olaraq BBAK-dan bildiriblər.


“Qarlı hava şəraiti ilə əlaqədar BBAK-dan rayon və şəhərlər istiqamətində hərəkət edən avtobusların qrafikində heç bir dəyişiklik olmayıb. Avtobuslar həmişəki qrafiklə hərəkət edirlər”, – məlumatda deyilir.

Teqlər: