Qardaş ölkədə qazın qiyməti ucuzlaşdı

Qardaş ölkədə qazın qiyməti ucuzlaşdı

Türkiyədə təbii qazın qiyməti ucuzlaşıb.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tvitterdə paylaşım edib.

“Qəbul edilən qərara görə, ibadət yerləri və cəm evlərində (Ələvilik inancının əsas ibadət məkanı) istifadə edilən təbii qazın qiyməti 42,73 faiz ucuzlaşıb.

Bundan başqa, sənayedə istifadə olunan təbii qazın qiymətinə 25,11 faiz, elektrik enerjisinin istehsalında istifadə olunan təbii qaza isə 12,73 faiz endirim edilib”, – Türkiyə lideri bildirib.

Teqlər: