Qardaş ölkədə güclü yağışlar: ölənlərin sayı artdı

Qardaş ölkədə güclü yağışlar: ölənlərin sayı artdı

Pakistanın müxtəlif əyalətlərinə yağan güclü yağışlar nəticəsində ölənlərin sayı 72 nəfər çatıb.

AzerTimes xəbər verir ki, məlumatı Pakistan mediası yayıb.

Yağışlar əsasən Bəlucistan əyalətinə daha çox ziyan vurub. Sözügedən bölgədə 670 ev zərər görüb.

Yağıntıların daha bir neçə gün davam edəcəyi proqnozlaşdırılır.

Teqlər: