Qaradağlı faciəsinin 30-cu ildönümü qeyd edilib (FOTO/VİDEO)

Ermənistan silahlı qüvvələri tərəfindən Xocavənd rayonunun
Qaradağlı kəndinin işğal edilməsindən və dinc sakinlərə qarşı
həyata keçirilən soyqırımı cinayətindən 30 il keçir.

AzerTimes-ın yerli
bürosunun məlumatına görə, Qaradağlı faciəsinin ildönümü
münasibətilə Beyləqan rayonu ərazisində məskunlaşan Xocavəndli
məcburi köçkünlər “Yeni Qaradağlı” kəndində şəhidlərin xatirəsinə
ucaldılmış abidə kompleksini ziyarət ediblər.

Tədbirdə Qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlə
komitəsinin sədri Rövşən Rzayev, Qaradağlı kəndinin sakinləri,
rayon ictimaiyyətinin nümayəndələri, şəhidlərin ailə üzvləri,
iştirak edib.


Tədbir iştirakçıları abidə kompleksi önünə gül-çiçək dəstələri
düzüb, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər. Qaradağlı
soyqırımı şahidləri 30 il əvvəl baş verən qanlı hadisələrdən
danışıblar.

Teqlər: