Qaradağda zəhərli tullantılar fəsadlar törətdi

Qaradağda zəhərli tullantılar fəsadlar törətdi

Şərqi Azərbaycan əyalətinin Qaradağ bölgəsində olan Süngün mis mədəninin zəhərli tullantıları təbiətə buraxılır.

AzerTimes xəbər verir ki, bu barədə yerli sakinlər və ətraf mühit fəalları məlumat yayıb.

Məlumata görə, mədən qeyri-standart və qaydalara zidd istismar edildiyinə görə ətraf kəndlilərə ciddi ziyan dəyib.

Yeraltı su qaynaqlarına nüfuz edən zəhərli tullantılar bölgədə xərçəng xəstəliyinin yayılmasına səbəb olub.

Həmçinin kənd təsərrüfatı və heyvandarlıq sahəsinin də ziyan gördüyü qeyd edilib.

Teqlər: