Qaradağda 61 yaşlı qadın yanaraq öldü

Bakıda mənzildə yanğın olub.

Bakı şəhərinin Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının
3-cü mərtəbəsində ümumi sahəsi 72 m² olan 3 otaqlı mənzilin 1
otağının yanar konstruksiyaları 12 m² sahədə və 2-ci mərtəbəsində
ümumi sahəsi 72 m² olan 3 otaqlı mənzilin 1 otağının tavanı 4 m²
sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, yanğın yerinin
kəşfiyyatı zamanı 1961-ci il təvəllüdlü Həsənova Xuraman Feyzulla
qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək
aidiyyəti üzrə təhvil verilib. Hər iki mənzilin qalan hissəsi
yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri
tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat
aparılır.

Teqlər: